YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Benyamin Netanyahu: İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması ilə fəxr edir

İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması ilə fəxr edir. Ötən 25 il ərzində ölkələrimiz arasında yəhudi və Azərbaycan xalqlarının səmimi dostluğuna əsaslanan möhkəm münasibətlər qurulub.

Bu fikirlər İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar göndərdiyi təbrik məktubunda yer alıb.

Baş nazir vurğulayır ki, dini və etnik çəkişmələrin çox olduğu bir dövrdə Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsidir. Azərbaycan kimi, İsrail də qeyri-sabit regionda sabitliyin və tolerantlığın mayakıdır. Üzləşdiyimiz çətinliklərə baxmayaraq, ölkələrimiz inkişaf edən iqtisadiyyat, firavan və sülhsevən cəmiyyət qurmağa nail olublar.

“Ötən ilin dekabr ayında Bakıda mənə, həyat yoldaşıma və bütün nümayəndə heyətinə göstərdiyiniz möhtəşəm mehribanlığınızı və lütfkar qonaqpərvərliyinizi heç zaman unutmayacağam. İnanıram ki, bu səfər müxtəlif sahələrdə ikitərəfli münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcək. İmzaladığımız dörd iqtisadi saziş daha güclü əməkdaşlıq məqsədlərimizə çatmağa kömək edəcək. Sizinlə gələcək illərdə də daha yaxından işləməyə və tezliklə Sizi İsraildə qarşılamağa ümid edirik”, - deyə məktubda qeyd edilir.