YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Partiyamızın yaşıllaşdırma kampaniyaları mütəmadi xarakter daşıyır

“Yeni Azərbaycan Partiyası hər il yaşıllaşdırma, ağacəkmə kampaniyası həyata  keçirir. Bu günkü aksiyamız da bu ənənlərin davamıdır”. Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, YAP Bakı şəhərinin müxtəlif yerlərində ağacəkmə aksiyası keçirib. Onun sözlərinə görə, bir neçə ildir ki, Nərimanov rayonu ərazisində bu kampaniya keçirilir.

“Bu ərazidə ağacları YAP üzvləri əkiblər. Artıq buradakı yaşıllıq Bakı şəhərinə xüsusi gözəllik, insanlara isə zövq verir. Bu günkü aksiyamızda da partiyamızın xeyli fəalı iştirak edir. Onların arasında Milli Məclisin deputatları, Bakı şəhəri üzrə təşkilatların fəalları iştirak edirlər. Yəni bizim aksiyamız mütəmadi xarakter daşıyır və bundan sonra da davam olunacaq”- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv