YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Azərbaycan Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsinin təyin olunması variantlarını nəzərdən keçirir

Azərbaycan Rusiyadan sonra ərəb ölkələrində, xüsusən Birləşmiş Ərəb Əmirliklərində, həmçinin Çində ticarət nümayəndəsinin təyin olunması variantlarını nəzərdən keçirir.

Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

"Bundan sonra biz bazarları təhlil edəcəyik, nəticədən asılı olaraq digər ölkələrdə, o cümlədən Avropada ticarət nümayəndəliklərinin açılması imkanlarını müəyyən edəcəyik. Biz bu şəbəkəni genişləndirməli və onun köməyi ilə şirkətlərimizin maraqlarını qorumalı və Azərbaycan məhsullarının ixracının artırılması imkanlarını öyrənməliyik", - deyə nazir müavini qeyd edib.