YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycan daim regional və qlobal əməkdaşlığın dərinləşməsinə yönələn təşəbbüslərlə çıxış edir

«Azərbaycan daim regional və qlobal əməkdaşlığın dərinləşməsinə yönələn təşəbbüslərlə çıxış edir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, indiyədək respublikamızın fəal iştirakı, o cümlədən də böyük siyasi və maliyyə dəstəyi ilə bir sıra nəhəng enerji layihələri reallaşdırılıb. Onun sözlərinə görə, enerji layihələri, həmçinin Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması, beləliklə də, regionun tranzit imkanlarının genişləndirilməsi istiqamətində gördüyü işlər qonşu dövlətlərin tərəqqisinə sanballı töhfələr verib.

«Hazırda isə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə daha bir qlobal layihə - Cənub Qaz Dəhlizi icra olunur. Resurs mənbəyi Xəzərin Azərbaycan sektorundakı zəngin “Şahdəniz” yatağı olan Cənub Qaz Dəhlizi 6 ölkədən keçməklə Avropa İttifaqı ölkələrinədək uzanacaq. Artıq 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya Cənub Qaz Dəhlizinin üzvüdür. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro və Bosniya-Herseqovina isə layihənin növbəti mərhələsində bizim tərəfdaşlarımız olacaq. Bütövlükdə bu layihə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artıran bir amildir»- deyə, T.Rzayev qeyd edib.