YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Ümumrusiya Azərbaycan Konqresi Rusiyanın dövlət maraqlarını hər zaman müdafiə edib

“Rusiyada fəaliyyət göstərən  Ümumrusiya Azərbaycan Konqresi zamanında Ulu öndər Heydər Əliyev və Rusiya Prezdenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Bu qurum diaspora sahəsində Rusiyada real fəaliyyət göstərən qurumdur. Konqres ölkəmizlə yanaşı Rusiyanın dövlət maraqlarını hər zaman müdafiə edib”. Bu fikirləri Milli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında deyib. 

Son illər Rusiya Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini deyən Ə.Hüseynli  bildirib ki, iki dövlət arasında bütün sahələrdə  əməkdaşlıq və dostluq əlaqələri mövcuddur. Bu əməkdaşlıq səmimi xarakter daşıyır. Onun sözlərinə görə, məhz bu baxımdan Ümumrusiya Azərbaycan Konqresini fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti təəccüb doğurmaqla yanaşı, bizdə bu məsələdə müəyyən təxribatların olması ilə bağlı fikir də yaradır. Rusiya Ədliyyə Nazirliyi  tərəfindən qeydiyyatla bağlı təşkilata  bir neçə dəfə müraciət edilib. Sonuncu, yəni üçüncü müraciət ötən ilin oktyabr ayında olub. Bilirsiniz ki, Konqresin ötən ilin dekabrında qurultayı keçirilib, qurultayda tanınmış diaspor nümayəndəsi Fazil Qurbanov onun yeni rəhbəri seçilib. Və bundan sonra Ədliyyə Nazirliyinin bildirdiyi nbqsanların aradan qaldırılması üçün sənədlər qaydaya salınb, yeni sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Buna baxmayaraq, Rusiyanın Ədliyyə Nazirliyi təşkilatın və onun bütün regional strukturlarının  vahid dövlət reyestrindən çıxarılması ilə bağlı cari ilin mart ayında Ali Məhkəməyə müraciət edib. Lakin Rusiya qanunvericiliyi belə vəziyyətdə bir neçə tədbirlərin görülməsini  özundə ehtiva edir. Belə ki, bu cür məsələlərdə  qanunvericiliyə əsasən cərimə, eləcə də sənədlərin qaydaya salınması kimi qərarlar qəbul edilə bilərdi. Təşkilatın ləğv olunması isə ən son tədbirdir. Lakin onlar son addımı,  məhz konqresin ləğvini seçiblər. Biz onlara Rusiya qanunvericiliyinə bir daha baxmağı təklif edirik".

İşçi qurupun rəhbəri qeyd edib ki,  bu kimi hallar Azərbaycan qanunvericiliyində də  var: "Araşdırsaq, Azərbaycandakı Rus İcmasının da sənədləri ilə bağlı müəyyən problemlərin olduğunu görərik. Lakin Azərbaycan heç zaman onun ləğvi ilə bağlı məsələ qaldırılmayıb. Bu məsələ çox ciddidir və ölkələr arasında siyasi münasibətlərdə mühüm rola malikdir. Ümivarıq ki, Rusiyanın Ali Məhkəməsinin inzibati kollegiyası Avropa İnsan Haqları Konvensiyasını üstün tutacaqlar, fundamental birləşmək hüququnun nə qədər vacib olduğunu üstün tutacaqlar və Ədliyyə Nazirliyinin bu müraciətini rədd edəcəklər.  Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Rusiya Ədliyyə Nazirliyinə və  Ali Məhkəməyə müraciət ünvanlamağı nəzərdə tutur".