YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Estoniyalı deputat: Xocalı faciəsini törədənlər məhkəmə məsuliyyətinə cəlb edilməlidirlər

“Mənim fikrimcə, Estoniya ilə Azərbaycan arasında münasibətlər çox yaxşı səviyyədədir və bu münasibətlər müsbət məcrada inkişaf edir”.

Bu fikri  Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Eynar Vallbaum söyləyib. Deputat vurğulayıb ki, bu gün uğurlu əməkdaşlıq üçün geniş imkanlar var.

E. Vallbaum qeyd edib ki, bu ilin fevral ayında Bakıda səfərdə olarkən azərbaycanlı deputatlarla görüşüb, həmin görüşdə ikitərəfli əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmaq, bütün mühüm məsələlərə dair mütəmadi fikir mübadiləsi aparmaq barədə razılıq əldə edilib. O deyib: “Biz Milli Məclisin Parlamentlərarası Dostluq Qrupunu yaxın vaxtlarda Estoniyaya səfərə dəvət etdik”.

Estoniya parlamentinin Dostluq Qrupunun üzvləri Bakıda səfərdə olarkən Xocalı faciəsinin qurbanlarına abidəni ziyarət ediblər. E. Vallbaum bu faciə ilə əlaqədar öz mövqeyini belə ifadə edib: “Biz cinayətkarları və 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalının işğalı zamanı onların Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qeyri-insani hərəkətləri qətiyyətlə pisləyirik. İnsanlığa qarşı cinayət olan bu faciəni törədənlər məhkəmə məsuliyyətinə cəlb edilməlidirlər”.

E. Vallbaum Bakı barədə təəssüratlarını bölüşərək deyib: “Köhnə və təzə Bakının bir-birini necə tamamlamasını görmək çox xoş idi. Sizin şəhəriniz insana müsbət enerji, işıq, xoş ovqat bəxş edir. Əlbəttə, insanlarınız heyrətamiz dərəcədə mehribandır. Mən tanışlarıma Azərbaycana səfər etmələrini məsləhət görürəm. Bu ölkədə səyahət etmək və onun minillik mədəniyyətindən zövq almaq mümkündür”.

DİGƏR Xəbərlər Arxiv