YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bratislavadakı “Slavin” hərbi-memorial kompleksində Azərbaycan bayrağı ucaldılıb

İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin və Slovakiyanın azad edilməsi uğrunda aparılmış qanlı döyüşlərin 72-ci ildönümü münasibətilə Bratislavada yerləşən “Slavin” hərbi-memorial kompleksində və Bratislavanın faşistlərdən azad olunmasında şücaət göstərmiş əsgərlərin şərəfinə ucaldılmış “Qələbə Monumenti” abidə-kompleksində ənənəvi anım mərasimləri keçirilib.

Slovakiyanın Prezident Aparatının, Nazirlər Kabinetinin, Bratislava meriyasının əməkdaşlarının, parlament üzvlərinin, diplomatların və İkinci Dünya müharibəsi veteranlarının iştirak etdikləri tədbirlərdə Azərbaycan Respublikasının Slovakiyadakı diplomatik nümayəndəliyinin rəhbəri və müvəqqəti işlər vəkili Cəfər Hüseynzadə, Bratislavadakı fəxri konsulumuz Cəlal Qasımov, bu ölkədə təhsil alan və yaşayan həmyerlilərimiz iştirak ediblər.

6845 sovet əsgərinin dəfn olunduğu “Slavin” hərbi-memorial kompleksində İkinci Dünya müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib, burada Azərbaycan bayrağı ucaldılıb və abidə qarşısında əklil qoyulub.

Həmçinin Bratislavanın faşistlərdən azad olunmasında şücaət göstərmiş əsgərlərin şərəfinə ucaldılmış “Qələbə Monumenti” abidəsinin önünə əkil qoyulub və şəhərin faşistlərdən azad edilməsi zamanı həyatını qurban vermiş Azərbaycan əsgər və zabitlərinin xatirəsi yad edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Slovakiyadakı diplomatik nümayəndəliyi və fəxri konsulluğu tərəfindən İkinci Dünya müharibəsi zamanı Slovakiya ərazisində döyüşmüş və dəfn edilmiş Qırmızı Ordu əsgərləri sırasında 281 Azərbaycan əsgər və zabitinin adları aşkar edilib.

DİGƏR Xəbərlər Arxiv