YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva: Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın hər bir vətəndaşının ən böyük arzusudur

«Bu gün Azərbaycan dövləti Azərbaycan əsgərlərinə, Azərbaycan Ordusuna bütün lazımi dəstək göstərməyə qadirdir. Mən əminəm ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın hər bir vətəndaşının ən böyük arzusudur». Bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə deyib.

Mehriban Əliyeva bildirib ki. biz hamımız çox yaxşı bilirik ki, Azərbaycanın ən böyük problemi məhz bu münaqişədir. Hamımız inanırıq ki, ədalətin bərpa olunacağı gün tezliklə gələcək, torpaqlarımız azad olunacaq, qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına, doğma evlərinə qayıdacaqlar.

Birinci vitse-prezident qeyd edib ki, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin bu işdə əməyi əvəzsizdir: «Buna görə dövlətlə yanaşı, hər bir vətəndaşımız, Azərbaycan xalqı o günlər birlik nümayiş etdirdi. Hər kəsdə ruh yüksəkliyi var idi. Hər kəs özünü tamamilə çox güvənli hiss edirdi. Əminəm ki, bu qələbəni hər bir ailə evində qeyd edirdi. Hər bir azərbaycanlının borcudur ki, orduya, əsgərlərə yardım göstərsin. Bir daha deyirəm ki, Azərbaycan dövləti bu yardımı edir və bunu etməyə qadirdir. Dövlətimizin bütün imkanları var, bu yardımı edir və edəcək. Lakin mən hiss edirəm ki, insanlar da bu dəstəyi verməyə hazırdır.

Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusu bu məsələdə tamamilə bir mövqedən çıxış edir. Haqq-ədalət bizim tərəfimizdədir. Əminəm ki, bu münaqişə tezliklə öz həllini tapacaq. Yenə də deyirəm ki, heç bir xalq istəməz ki, müharibə olsun. Əminəm ki, erməni xalqı da istəmir ki, müharibə olsun. Azərbaycan xalqı da istəmir ki, müharibə olsun. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız və yalnız münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. İşğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdırlar».