YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək

2017-ci ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, ötən il  sahibkarlıq subyektlərinin 2500-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
«Fond bu il qeyri-neft məhsullarının istehsalının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi, logistik mərkəzlərin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların yaradılmasına kreditlər verəcək. Eləcə də, istixana komplekslərinin, iri fermer, intensiv bağçılıq (üzüm, alma, nar, zeytun və s.) və quşçuluq təsərrüfatlarının yaradılması, ət kəsimi və emalı, qarışıq yem və çörək istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi, eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək»- deyə, icraçı direktor vurğulayıb.