YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Vaezi: İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Bunu ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi bildirib.
O qeyd edib ki, bu günlərdə azərbaycanlı qardaşlarımız ermənilərlə təmas xəttində şəhid olublar. Özüm və dövlətim adından Azərbaycan xalqına və dövlətinə başsağlığı verirəm. Siz bizim Azərbaycanla bağlı baxışımızı çox yaxşı bilirsiniz. İran İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Ermənistanla münaqişədə İran dövləti və xalqı bütün lazımı köməyi göstərdi, indi də göstərir ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Bu münaqişədə həyatlarını qurban verənlərə rəhmət diləyir və qaçqınlara həmdəm olduğumuzu bildiririk. İran bu münaqişənin Azərbaycan tərəfinin xeyrinə həll olunmasına çalışır. İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə dəstəkləyir. İnşallah bu münaqişə öz müsbət həllini tapsın, qaçqınlar öz doğma yurd-yuvalarına, öz doğma şəhərlərinə qayıtsınlar. Onlar da öz şəhərlərini digər şəhərləriniz kimi tikib-yaratsınlar, qursunlar. Azərbaycanda insanları rifah içində yaşayan, çox canlı, çox həyat dolu insanlar gördüm və bundan çox sevindim.
 

DİGƏR Xəbərlər Arxiv