YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə, Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Tunis xalqına sülh və rifah arzulayıram”.