YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis ilə AŞPA arasında əməkdaşlıq inkişaf edir

Martın 16-da Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvləri ilə görüşüb.

Oqtay Əsədov belə görüşlərin əlaqələrimizin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Sədr bildirib ki, Milli Məclis ilə AŞPA arasında əməkdaşlıq bundan sonra daha da inkişaf edəcək.

Milli Məclisin sədri qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə ətraflı məlumat verib.

AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü Eduard Kok Azərbaycan nümayəndə heyətinin assambleyada fəal iştirakını qeyd edib. O, bu fəaliyyətin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.