YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ruslan Abdul Rahman : 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi vaxtında verilmiş qərardır

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi vaxtında verilmiş qərardır. Yaxın Şərqdə üzləşdiyimiz hadisələr, problemlər və münaqişələr fonunda bu cür qərarın qəbul edilməsi mühüm hadisədir.

Bu sözləri jurnalistlərə açıqlamasında Malayziyanın Azərbaycandakı səfiri Ruslan Abdul Rahman deyib.

Diplomat deyib: “Hamımıza məlumdur ki, Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək və atletlər Bakıya toplaşacaq. Bu oyunla Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı söylədiyi dəyərli fikirlərə əməl etmiş oluruq”.