YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qorxmaz Hüseynov: “Azərsu”da “İdeya Laboratoriyası” qurulması prosesi başa çatmaq üzrədir

Dünya Su Şurası çərçivəsində yaradılan Smart Qrupun üzvü olan “Azərsu”da yeni idarəetmə modellərinin, innovativ texnologiyanın tətbiqi məqsədilə “İdeya Laboratoriyası” adlandırılan tam modernləşdirilmiş Startap sahəsinin və smart siniflərin qurulması prosesi başa çatmaq üzrədir.

Bunu martın 15-də Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda təşkil olunan Beynəlxalq elmi-praktik konfransda "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

O deyib ki, bu gün ölkədə su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət başçısı bu sahənin inkişafına xüsusi diqqət göstərir. Ölkəmizdə su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi proqramlarının hazırlanması, daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır.

Q.Hüseynovun sözlərinə görə, əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq “Azərsu” tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanda icra olunan su və kanalizasiya layihələrinin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı dünyanın aparıcı maliyyə qurumları yaxından iştirak edir. Dünya Su Şurası çərçivəsində yaradılan Smart Qrupun üzvü olan “Azərsu”da yeni idarəetmə modellərinin, innovativ texnologiyanın tətbiqi məqsədilə “İdeya Laboratoriyası” adlandırdığımız tam modernləşdirilmiş Startap sahəsinin və smart siniflərin qurulması prosesi başa çatmaq üzrədir.