YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransua Olland: Dağlıq Qarabağda mövcud status-kvo qəbuledilməzdir

Biz Dağlıq Qarabağ məsələsi haqqında danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük.

Bu fikirləri Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı səsləndirib.

Fransua Olland danışıqların yenidən bərpa olunmasını arzuladığını bildirərək deyib: “Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir”.

Fransa Prezidenti Avropa ilə Türkiyə arasında yaranmış gərginliyə də toxunub. “Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik”, - deyə Fransua Olland qeyd edib.