YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmir Vəlizadə: Azərbaycanda İKT sahəsi dinamik inkişafdadır

«Azərbaycan inkişaf etmiş informasiya cəmiyyəti şəraitində yaşayır». Bu fikri nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə bildirib ki, Azərbaycanda İKT sahəsi dinamik inkişafdadır. Onun sözlərinə görə, ölkəmizdə internet tam sərbəst şəkildə istifadə edilməkdədir.

«Bu sahədə daim yeniliklər edilir. Milli Məclisdə   “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara edilən  dəyişikliklər internet məkanında qanunazidd  hərəkətlərin qarşısının alınmasına xidmət edir. Eyni zamanda, ölkənin informasiya təhlükəsizliyinin gücləndirilməsinə yönəlib. Ümumiyyətlə, İKT dövrümüzün tələbidir və onun bütün sahələrdə çevik tətbiqi hər bir ölkənin inkişafı üçün vacibdir. Bu gün Azərbaycanda informasiya cəmiyyəti artıq bərqərar olub və inkişaf etdirilir. Bu baxımdan İKT-nin rolu əvəzsizdir»- nazir müavini vurğulayıb.