YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Həmsədrlərin ölkəmizə son səfəri əvvəlki səfərlərdən heç nə ilə fərqlənmir

«ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə son səfəri əvvəlki səfərlərdən heç nə ilə fərqlənmir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, dünyanın üç böyük dövləti həmsədr olaraq Dağlıq Qarabağ problemini həll etmək iqtidarındadır. Amma həmin dövlətlər münaqişənin həllinə maraqlı deyil. Onun sözlərinə görə, həmsədrlər həmişə işğalçı Ermənistanın maraqlarına uyğun bəyanatlar verirlər.

«Yəqin onlar Azərbaycandan güşətlər qoparmağa çalışırlar. Amma Prezidentimizin də bəyan etdiyi kimi Azərbaycan bir qarış torapğını da güzəştə getməyəcək. Əslində, həmsədrlər üçün Ermənistanı sülhə məcbur etmək çox asandır. Çünki işğalçı ölkə bu dövlətlərin əlində alətdir və onların sözündən çıxa bilməz. Məsələ ondadır ki, həmsədrlər işğalçı dövlətə təzyiq göstərmir, tərəfləri bərabərləşdirir. Belə olan halda Ermənistan xoşluqla işğal etdiyi torpaqları azad etməyəcək. Ona görə də, münaqişə beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll olunmalıdır»- deyə, E.Məmmədov vurğulayıb.