YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Bu hadisə Avropa demokratiyası üçün bir ləkədir

«Türkiyə dövləti öz suveren hüququndan istifadə edərək aprelin 16-da Konstitusiya ilə bağlı düzəlişlər edəcək və bunu xalqın müzakirəsinə, referenduma çıxaracaq. Nəzərə alsaq ki, Hollandiyada 700 minə yaxın türk  yaşayır, Türkiyə XİN və sosial siyasət nazirinin bu ölkəyə səfər etməsi, türk icması  ilə görüşlər keçirməsi  məntiqlidir». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Avropa İttifaqında sistemli böhran yaşanmaqdadır. Onun sözlərinə görə,   Türkiyə  ilə  bağlı hadisələr göstərdi ki, bura  daha bir  diplomatik böhran da əlavə edilib.  

«Hollandiya və Türkiyə arasında yaşanan son hadisələr təsdiqlədi ki, bir çox hallarda Aİ və onun qurumları insan hüquq  və  azadlıqları, insanların sərbəst toplaşmaq hüquqlarından danışdıqca, digər tərəfdən həmin hüquqları pozan tərəf kimi çıxış edirlər. Dünya praktikasında bu  nadir hadisələrdəndir ki, nazirin Türkiyənin konsulluğunun binası, öz ərazisinə daxil olmasına icazə verilmir, nazir xanıma mənəvi-psixoloji təzyiq edilir, polisin müşayiəti ilə onu zorla Almaniya sərhədinə göndərirlər. Bunlar hamısı  Avropa demokratiyası  üçün bir  ləkədir»- deyə, E.Nəsirov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv