YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev martın 13-də Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə 16 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 3 nəfərə “Əməkdar Mühəndis” fəxri adı verilib, 1 nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.