YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Farid Zakariya: Qlobal Bakı Forumu beynəlxalq problemlərin müzakirəsi üçün nadir imkandır

Qlobal Bakı Forumu bütün dünyadan və regiondan olan insanların bir araya gələrək problemləri müzakirə etməsi üçün nadir imkandır.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu sözləri tanınmış amerikalı politoloq və jurnalist Farid Zakariya deyib.

F.Zakariya qeyd edib ki, bu cür şəxsi iştirak, dialoq və əməkdaşlıq vasitəsilə biz daha mürəkkəb vəziyyətə gələn dünyanın problemlərini tez bir zamanda yoluna qoya bilərik.

Beynəlxalq münasibətlər üzrə ekspert olan Farid Zakariya V Qlobal Bakı Forumunun “Transatlantik əlaqələrin gələcəyi: Real siyasətə qayıdış” adlı paneldə çıxış edəcək. Panel müzakirələrdə Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, İsrailin sabiq Baş naziri Ehud Barak, Latviyanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqanın çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Hindistanda dünyaya gələn və ABŞ-da fəaliyyət göstərən müsəlman əsilli Farid Zakariya beynəlxalq münasibətlərə dair bir neçə kitabın müəllifidir. O, CNN telekanalının aparıcısı və həftəlik “Newsweek International” nəşrinin redaktorudur.

V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək.