YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əkbər Hacıyev: Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb

«Ümumilikdə, aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 46 672,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 8880,4 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 1360 yaşayış məntəqəsi təbii qazla təmin  edilmişdir». Bu fikirləri yap.org.az saytına «Azəriqaz» İB-nin baş direktoru Əkbər Hacıyev deyib.

Ə.Hacıyev bildirib ki, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2017-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatmışdır.

«Qeyd edək ki, 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da  40 817-i Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır. Həmçinin, 01 yanvar 2017-ci il tarixə olan məlumata görə əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmuş və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılmışdır»- deyə, Ə.Hacıyev vurğulayıb.