YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri Koreyada konfransa sədrlik edib

Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri Hüseyn Hüseynov Koreya Respublikasının İnçeon şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Forumun təşkilinə dair konfransın birinci sessiyasına sədrlik edib. Konfransda Danimarka, Banqladeş, Honduras, Efiopiya və Kosta-Rika olmaqla 5 ölkənin hesabatları təqdim edilib.

Sessiyada dayanıqlı inkişaf məqsədlərinə nail olunmasının vacibliyi və qarşıya çıxan problemlər, o cümlədən məlumatların toplanması və göstəricilərin hesablanması barədə müzakirələr aparılıb. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanda görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verilib.

Qırx dörd ölkə və BMT-nin müxtəlif qurumlarının iştirakı ilə keçirilən konfransda çıxış edən BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Fridrix Musiva Makamura Shava "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi"ndən irəli gələn inkişaf məqsədlərinə nail olunması üçün iştirakçı ölkələr tərəfindən görülən işlər, qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib, Yüksək Səviyyəli Forum üçün hesabatların hazırlanması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Konfrans qrup müzakirələri ilə işini başa çatdırıb.