YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Dövlət proqramlarının uğurlu icrası bölgələrimizin simasını dəyişdirib

«Son illərdə qlobal miqyasda yaşanan kataklizmlərin, böhranların fonunda Azərbaycanın nümunəsi diqqəti xüsusi cəlb edir. Respublikamız xarici mənfi təsirlər nəticəsində yaranan və bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də bütün dünyaya sabitlik və inkişaf modeli təqdim edir. Azərbaycanı nümunəvi dövlət kimi fərqləndirən əsas cəhətlərdən biri isə inkişafın bütün ölkə boyu təmin edilməsi ilə bağlıdır». Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, ölkəmizdə regionların tarixən formalaşan təsərrüfatçılıq ənənələri əsasında tarazlı şəkildə inkişaf etdirilməsi strateji kurs kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, dövlət proqramlarının uğurlu icrası bölgələrimizin simasını dəyişdirib və ölkəmizin yeni müasir reallıqlarını yaradıb.

«Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. Ümumiyyətlə, son illərdə regionların maliyyə təminatı əhəmiyyətli dərəcədə güclənib. 2004-cü ildən etibarən bəhs olunan Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50 milyarddan çox, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. 2016-cı ildə regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. O cümlədən ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı Prezident İlham Əliyev tərəfindən xeyli sayda qərarlar verilib. Bütün görülən bu işlər qarşıdakı onilliklər ərzində Azərbaycan xalqına və dövlətinə xidmət edəcək»- deyə, E.Səlimov qeyd edib.