YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan silahlı qüvvələri snayper tüfənglərdən atəşkəsi 124 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Vazaşen, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Çiləbürt, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.