YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev Ukraynada əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparacaq

Azərbaycan nümayəndə heyəti Ukraynaya səfər edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 12-də nazir Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya səfərə gedəcək. Nümayəndə heyətinə rəsmi şəxslər və iş adamları daxildir.

Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq, biznes forum təşkil ediləcək.