YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli deputat: Xocalı dəhşətlərini sükutla qarşılamaq yolverilməzdir

Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilən ən ağır cinayətdir. Belə cinayətlərin bir daha törədilməməsini arzulayırıq.

Bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib. Deputat deyib ki, Xocalı faciəsinin dəhşətləri heç zaman yaddaşlardan silinməyəcək. Bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Xocalıda insanlara qarşı xüsusi amansızlıq göstərilib. Cəsədlər təhqir olunub, əsir və girovlar işgəncələrə məruz qalıblar. Bu cinayətin bütün təfərrüatları dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalıdır ki, gələcək nəsillər sülh və əmin-amanlıq uğrunda daha mübariz olsunlar. Xocalıda törədilənlərə göz yummaq və yaxud onun dəhşətlərini sükutla qarşılamaq yolverilməzdir. Azərbaycan və Türkiyə xalqları həmişə qonaqpərvərliyi və humanistliyi ilə seçilib. Etdiyimiz yaxşılıqların qarşılığında qanımızı tökən cinayətkarların mühakimə olunmasını tələb edirik”.

 

DİGƏR Xəbərlər Arxiv