YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycan dünya miqyasında idman nailiyyətlərini daha da artırır

«Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir». Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, bu diqqətin nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır, Azərbaycanı layiqincə təmsil edirlər. Onun sözlərinə görə, Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir.

«Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə uğurlu idman siyasətinin təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların  nəticəsində Azərbaycan dünya miqyasında idman nailiyyətlərini daha da artırır»- deyə, A.Abiyev vurğulayıb.