YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Müəyyən dövlətlərin Ermənistana münasibəti daha çox öz maraqları üzərində qurulub

«Dünyada müəyyən dövlətlərin Ermənistana münasibəti Ermənistanın deyil, özlərinin maraqlarının daha çox təmini üzərində qurulub». Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Rusiya Ermənistanla gediş-gəlişin daxili pasportla həyata keçirilməsinə nail olmaqla əslində Ermənistanı daxili regionlarına bərabərləşdirdi. Onun sözlərinə görə, Ermənistan yeganə BMT üzvüdür ki, Rusiya vətəndaşları onun ərazisinə daxili pasportla vizasız girə bilirlər.

«Rusiya Ermənistanı öz daxili subyektinə çevirmək üçün lazım olan digər addımları da atacaq. Əvvəllər  Rusiya Ermənistanın hərbisini özününküləşdirməklə bağlı kifayət qədər ciddi addımlar atmışdı. Bu, enerji sahəsində də özünü göstərir. “Armrosqazprom”un “Qazprom Armeniya”ya çevrilməsi bu qəbildəndir. AİB vətəndaşlığı ideyasına Belarus və Qazaxıstandan fərqli olaraq Ermənistan müqavimət göstərə bilməyəcək»- deyə, politoloq qeyd edib.