YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək

"Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti var və bu fəaliyyətlərdən biri də Milli Məclisin deputatı olmasıdır. Mehriban xanım Əliyeva daim parlament mədəniyyətinin inkişafına önəm verib, qanunvericilik bazasının inkişafında iştirak edib, bir sıra qanunvericilik təşəbbüsləri ilə çıxış edib".

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün parlamentin plenar iclasında deyib.

O.Əsədov bildirib ki, Mehriban Əliyeva 4 Amnistiya aktının təşəbbüskarıdır, on minlərlə insan Amnistiya aktlarının nəticəsində azadlığa qovuşub: "Mehriban xanım Əliyeva parlamentin beynəlxalq əlaqələrinin də inkişafına mühüm töhfə verib, Azərbaycan xalqını beynəlxalq aləmdə layiqli təmsil edib. Azərbaycan xalqının həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Bu fəaliyyətlərlə yanaşı, Mehriban xanım Əliyevanın geniş ictimai və xeyriyyəçilik fəaliyyəti hamya bəllidir. Dara düşən insanlar Mehriban xanıma müraciət edirlər. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək. Bu qərara görə Milli Məclis adından cənab Prezidentə təşəkkür edirəm. Mehriban xanım Əliyevanı Milli Məclis adından təbrik edir və bu çətin və fərəhli fəaliyyətində uğurlar arzu edirik".

 

DİGƏR Xəbərlər Arxiv