YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsünü yüksək qiymətləndirirlər

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsünü yüksək qiymətləndirirlər.

Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin yekun Bəyannaməsində 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi məsələsi də yer alıb.

Bəyannamədə deyilir ki, üzv ölkələr Azərbaycan Respublikasının müsəlman ölkələri arasında İslam həmrəyliyinin təşviqi və gücləndirilməsi istiqamətində səylərini dəstəkləyirlər. Bu baxımdan 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi yüksək qiymətləndirilir. Bəyannamədə üzv ölkələr “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil ediləcək tədbirlərdə, o cümlədən Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda fəal iştirak etməyə çağırılır.