YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xələf Xələfov: Qarşı tərəf gərginliyi artırmaqla sülh prosesinə zərbə vurur

«Danışıqlar prosesində Ermənistan hakimiyyəti siyasi manipulyasiya edir və bu prosesi pozur». Bu fikri xarici işlər nazirinin müavini Xələf  Xələfov deyib.

X.Xələfov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qaraböağ   münaqişəsi ağır nəticələr verib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində mütəmadi olaraq təxribatlar törədir.

«Qarşı tərəf gərginliyi artırmaqla sülh prosesinə zərbə vurur. Amma  Ermənistanın işğal etdiyi bütün Azərbaycan torpaqlarının azad ediləcəyinə heç kimin şübhə etmir. Bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarına geri qayıtması təmin ediləcək»- deyə, nazir müavini vurğulayıb.