YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səyyad Salahlı: Tolerantlığın Azərbaycan nümunəsi dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib

«Prezident İlham Əliyev sivilizasiyalar, dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət göstərir». Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

S.Salahlı bildirib ki, bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, tolerantlığın Azərbaycan nümunəsi dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib. Onun sözlərinə görə, hazırda İslami dəyərlərin geniş təbliğ olunmasına böyük ehtiyac var və bu yöndə maarifləndirmə işləri daim gündədir.

 «Ümummillilider  Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə ənənə halını almış tolerantlıq və multikultural mühit dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilib. Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması İslam dünyasında, eləcə də müxtəlif sivilizasiyaların həmrəyliyinə öz töhfəsini verəcək»- deyə, S.Salahlı vurğulayıb.