YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Ərdahan şəhərində Xocalı faciəsi qurbanlarını xatirəsi anılıb

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğunun və Ərdahan Universitetinin təşkilatçılığı ilə anma mərasimi keçirilib.

Universitetdə təşkil olunan mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.

Azərbaycan Qarsdakı baş konsulu Nuru Quliyev, universitetin rektoru Mehmet Biber, professor Şurəddin Məmmədli və AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal altında saxlaması, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, eləcə də Xocalı soyqırımı barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, erməni millətçiləri tərəfindən Anadoluda və Qafqazda xalqlarımıza qarşı törədilən amansız cinayətlər, terror aktları, siyasət və dövlət xadimlərinə edilən sui-qəsdlər heç vaxt unudulmayacaq. Tarix boyu dəyişən ictimai-siyasi şəraitdən hiyləgər niyyətləri üçün istifadə etməyə çalışan ermənilər XX əsrin əvvəlində olduğu kimi, ötən əsrin sonunda da terror və qanunsuz silahlı dəstələr yaratmaqla bəd niyyətlərini gerçəkləşdirməyə çalışıblar. Xocalı soyqırımı bu çirkin məqsədlərin davamı olaraq törədilib.

Çıxışlarda əminliklə ifadə olunub ki, Azərbaycan və Türkiyə xalqlarının ümumi düşmənə qarşı birgə mübarizəsi Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması, eləcə də Türkiyəyə qarşı yürüdülən əsasız “erməni soyqırımı” iddiasının aradan qaldırılmasına təsirini göstərəcək.