YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ermənistan danışıqları pozmaq üçün həmişə təxribatlar törədir

Ermənistanın son günlərdə cəbhə xəttində təxribatlar törətməsinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaqdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, son illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və Prezident İlham Əliyev tərəfindən aparılan prinsipal və qətiyyətli siyasət nəticəsində artıq beynəlxalq təşkilatlar da məcburdurlar ki, işğalçı Ermənistana və eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsuliyyət daşıyan ATƏT-in Minsk qrupuna təsir etsinlər:

“Prezidentin bütün beynəlxalq təşkilatlarda cəsarətlə, qətiyyətlə bu məsələni qaldırması ermənilərdə narahatlıq yaradıb. Azərbaycanın mövqeyi hələ də konstruktivdir və hələ ki, münaqişənin sülh yolu illə həllinə üstünlük verir. Amma işğalçı Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirərək danışıqları pozmaq üçün təxribatlar törədir”.

Deputat vurğulayıb ki, heç bir təxribat Azərbaycan dövlətini öz yolundan döndərə bilməz: “Dövlət başçısı dəfələrlə bəyan edib ki, heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yaradıla bilməz və Azərbaycan bir qarış da torpağını güzəştə getməyəcək”.