YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Ordumuzun qazandığı uğurlar gənclərimizdə vətənpərvərlik ruhunu daha da yüksəldib

«Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında Sərəncamı Qarabağa böyük qayıdışın müjdəsidir».  Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, bu qərar xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Onun sözlərinə görə, cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərimiz də Cocuq Mərcanlıya qayıdışı böyük ruh yüksəkliyi ilə qarşılayırlar.

«Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz ötən ilin aprel ayında düşmənə ağır zərbə vurdu, torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Ordumuzun qazandığı uğurlar bütün vətəndaşlarımızda, xüsusilə gənclərimizdə vətənpərvərlik ruhunu daha da yüksəldib, könüllü hərbi xidmətə getmək istəyənlərin sayı artıb. Bu gün Azərbaycan gəncləri müraciətlərində hər an işğal altındakı torpaqlarımızın azad olunmasında Ali Baş Komandanın ətrafında sıx birləşməyə hazır olduqlarını bildirirlər. Gənclərimiz həmçinin, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmək üçün könüllü inşaat-tikinti dəstələri yaratmaq istədiklərini qeyd ediblər. YAP Gənclər Birliyinin müxtəlif rayon təşkilatlarından olmaqla mindən çox üzvü bu təşəbbüsə qoşulub. Bu təşəbbüsün əsasında «Cocuq Mərcanlıdan Şuşaya» adlı gənclərin inşaat dəstəsi yaradılıb. Bu dəstənin ilk olaraq mart ayında Cocuq Mərcanlıya səfəri nəzərdə tutulur. Daha sonra gənclərimizin könüllü dəstələrinin bu ərazidə ağacəkmə kampaniyası, sosial obyektlərdə tədbirlərin keçirilməsi, bölgə gəncləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur. İnşaat dəstəsinin adı rəmzi xarakter daşıyır. Çünki biz inanırıq ki, Ali Baş Komandamızın  rəhbərliyi ilə ordumuz bütün torpaqlarımızı işğaldan azad edəcək və gənclərimiz Şuşaya qədər bütün ərazilərimizin bərpa olunmasında iştirak edəcəklər»- deyə, S.Orucov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv