YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəli Yıldırım: Bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır

Türkiyə Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınmış toqquşmalar nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycan xalqının kədərini bölüşür.

Bunu Ədalət və İnkişaf Partiyasının iclası zamanı Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. /Trend/

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, qanayan yaradır.

Baş nazir bildirib: “Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub və bu problem hələ həll olunmayıb. Azərbaycanın dərdi - Türkiyənin dərdidir, Azərbaycanın xoşbəxtliyi – Türkiyənin xoşbəxtliyidir. Bir daha vurğulamaq istəyirəm ki, bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır”.