YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yusif Çınar: Azərbaycan, Türkiyə və bütün türk dünyası Ermənistanın yalan təbliğatına qarşı birləşməlidir

Ermənilər bütün dünyaya “erməni soyqırımı” mifini təbliğ etməklə yanaşı, çalışırlar ki, onlar tərəfindən Xocalıda törədilmiş soyqırım beynəlxalq səviyyədə tanınmasın.

Bunu Trend-ə Türkiyənin “Strategic Outlook” beynəlxalq tədqiqat mərkəzinin prezidenti Yusif Çınar deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və bütün türk dünyası Ermənistanın yalan təbliğatına qarşı birləşməlidir: “Erməni diasporunun təbliğatı zəifləmədikcə Xocalıda törədilən cinayətlərin səbəbkarlarını tapmaq və bu faciə barədə həqiqətləri dünyaya çatdırmaq çətin olacaq”.