YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri V Qlobal Bakı Forumunda iştirak edəcək

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Mladen İvaniçin Forum çərçivəsində “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək müzakirələrdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub. İclasda Bosniya və Herseqovinadan başqa, 6 ölkənin – Latviyanın, Makedoniyanın, Albaniyanın, Monteneqronun və Gürcüstanın dövlət başçıları iştirak edəcəklər.

V Qlobal Bakı Forumunda bir sıra ölkələr Baş nazir və müavinlər, parlament rəhbərləri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə Forumun işində 50 ölkədən 200-dən çox qonağın, o cümlədən nüfuzlu ictimai-siyasi xadimlərin, elm adamlarının və ekspertlərin iştirakı gözlənilir.