YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Şəhidlərimizin qanı yerdə qalmayacaq

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva və YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev və YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev son günlər cəbhədə baş verən təxribat nəticəsində şəhid olan Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov və Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunovun yas mərasimlərində iştirak ediblər. Bu barədə yap.org.az saytına  YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü  Nurlana Əliyeva məlumat verib.

N.Əliyeva bildirib ki, torpaqlarımızı müdafiə edən cəsur əsgərlərimiz şəhidlik zirvəsinə qalxaraq, millətimizin şərəfinə çevriliblər: “Biz onlarla fəxr edirik. Onlar bizim gənclərimizə nümunədirlər. Çünki bu gənclər  öz həyatlarını torpaqlarımız uğrunda qurban veriblər”. N.Əliyeva deyib ki, şəhid Mustafa Əlicoşqunov mesxeti türklərindəndir: “Onun atası öz oğlu ilə fəxr etdiyini dedi. Bütün xalqımız qəhrəman oğulları ilə fəxr edir”.

«Biz torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş vermiş şəhidlərimizin ailələrinin dərdinə şərik çıxırıq, onlarla həmrəyliyimizi ifadə edirik. İnanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Torpaqlarımız işğalçılardan azad ediləcək və doğma Qarabağımızda üçrəngli bayrağımız dalğalanacaq. Həmin gün şəhidlərimizin də ruhu şad olacaq»- deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.