YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya XİN Azərbaycan ilə diplomatik münasibətlər qurulmasının 25 illiyinə həsr olunmuş tədbirlər planlaşdırır

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə diplomatik münasibətlər qurulmasının 25 illiyinə həsr olunmuş bir sıra tədbirlər planlaşdırır. Diplomatik münasibətlərin yubileyi aprelin əvvəllərində qeyd ediləcək. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə söyləyib.

M.Zaxarova deyib: “Rusiyanın xarici siyasət idarəsi bu tarixi diqqət mərkəzində saxlayacaq, eyni zamanda yaxın günlərdə ölkələr arasında ikitərəfli münasibətlərə dair müvafiq materiallar dərc edəcək”.