YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Azərbaycanın artan gücü Ermənistanı yerinə oturtmağa məcbur edəcək

«Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Ermənistan işğal etdiyi torpaqları azad etməlidir». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, işğalçılar xoşluqla torpaqlarımızdan çıxmaq istəmir. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən Ermənistan ciddi təpkilərlə üzləşməsə problemin mülh yolu ilə həlli çətindir.

«Cəbhədəki gərginlik onu göstərir ki, Azərbaycan tərəfi işğalla heç vaxt razılaşmayacaq. Azərbaycan münaqişənin hərbi yolla həllini istisna etmədiyi kimi, Ermənistan tərəfini sülhə vadar etməyə çalışır. Ölkəmizin artan iqtisadi, hərbi və diplomatik gücü Ermənistanı yerinə oturtmağa məcbur edəcək»- deyə, R.Musabəyov qeyd edib.