YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Ankarada “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 22-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankarada keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, konfransın açılış panelində Türk Şurasının baş katibi Ramil Həsənovun, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovun və Mövlud Çavuşoğlunun, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub. Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri də planlaşdırılıb.