YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi ölkəmizin inkişafına müstəsna töhfələr verəcək

“Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi xalqımız və dövlətimiz üçün əlamətdar hadisədir”. Bu fikiri yap.org.az saytına Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva deyib.

Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı qarşısında, eləcə də qadın siyasətinin inkişafında tarixi xidmətləri var: “Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti ölkəmizdə ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Mehriban Əliyeva həm də Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xəşməramlı səfiri kimi ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəniyyətimizin təbliği sahəsində müstəsna işlər görür. Mehriban xanım Əliyevanın fəaliyyəti ümumbəşəri dəyərlərə, humanizmə söykənir və milli maraqlarımıza xidmət edir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ölkəmizin hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Əminliklə söyləmək olar ki, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi ölkəmizin inkişafına müstəsna töhfələr verəcək”.