YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lev Spivak: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması indiyədək öz təşəbbüsü ilə gördüyü işlər üçün məsuliyyətinin daha da artmasıdır

Mehriban xanım Əliyeva bu gün Azərbaycanda mədəniyyətin, turizmin inkişafı, Azərbaycanın dünyadakı imicinin gücləndirilməsi üçün çox işlər görür.

Bunu Trend-ə “İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını şərh edərkən deyib.

L.Spivak qeyd edib ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması mükafat deyil, indiyə qədər öz təşəbbüsü ilə gördüyü işlər üçün məsuliyyətinin daha da artmasıdır:

“Onun bu vəzifəyə təyin olunması gördüyü işlərdə göstərdiyi səylərin təsdiqidir”.