YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin siyasi həyatında mühüm tarixi hadisədir

“Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin siyasi həyatında mühüm tarixi hadisədir”. Bu fikiri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Mehriban xanım Əliyeva Azərbaycanın prioritet kimi müəyyənləşdirdiyi məsələlərlə bağlı ardıcıl və çoxşaxəli fəaliyyət göstərən ictimai-siyasi xadim kimi tanınır: “Azərbaycanın birinci xanımı ölkəmizin tarixini dərindən bilən, onun maddi abidələrini, mənəvi sərvətlərini ləyaqətlə qorumağı bacaran, Azərbaycanın musiqi həyatından başlamış siyasi həyatınadək bütün sahələrdə imzası olan, ölkəmizi həm də beynəlxalq miqyasda uğurla təmsil edən, dünyada nüfuz və hörmətə malik olan ictimai-siyasi xadimdir. Onun humanitar fəaliyyətinin coğrafiyası Pakistandan Albaniyaya, siyasi fəaliyyətinin coğrafiyası isə Azərbaycandan Avropa İttifaqı ölkələrinə qədər uzanır”.

“Mehriban Əliyeva istər Heydər Əliyev Fondunun prezidenti, istərsə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, istərsə də millət vəkili kimi bu zamana qədər Azərbaycan xalqının və dövlətinin maraqları əsasında uğurlu fəaliyyət göstərib və cəmiyyətimiz Azərbaycanın birinci xanımının fəaliyyətini olduqca yüksək qiymətləndirir. Mıhz bütün bunları nəzərə alaraq deyə bilərik ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi məhz Azərbaycan cəmiyyətinin arzusunun reallaşdırılması, xalqımızın istəyinin ifadəsidir. Bu, həmçinin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar strategiyası çərçivəsində atılmış ən uğurlu addımlardan biridir. Şübhəsiz ki, yeni institusional islahatların həyata keçirilməsində Mehriban xanım Əliyevanın dəst-xətti özünü göstərəcək”.