YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi mühüm siyasi hadisədir

“Mehriban Əliyevanın birinci  vitse-prezident təyin olunması Azərbaycan qadınının dünya miqyasında mövqeyinin daha da möhkəmlənməsi deməkdir”. Bu fikri MM-in deputatı Sevinc Fətəliyeva deyib.

“Xalq Azərbaycan Prezidentinin islahatların aparılması  ilə bağlı təşəbbüslərini müsbət qarşılayıb. Təbii ki,  hakimiyyətin müasir dövrün tələblərinə uyğun fəaliyyətini istəyiriksə, o zaman dövlətin idarəetmə strukturlarında müəyyən islahaltlar aparılmalı və müasir dövrün tələblərinə uyğun fəaliyyət qurulmalıdır. Ancaq islahatlar yolu ilə ölkə  yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Bu islahatların da uğurlu həyata keçirilməsi  üçün  peşəkar, bacarıqlı və uğurlu kadrlara ehtiyac var. Məhz uğurlu kadrlar   müasir dövrün çağırışlarına uyğun ölkənin uğurlu idarəetmə sistemini  qura və irəliyə apara bilər.  O baxımdan da, Azərbaycan prezidenti İlham Əliyevin  sərəncamı ilə Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi mühüm siyasi hadisədir və bu sərəncam islahatların daha da uğurla həyata keçirilməsinə böyük töhfə verəcək” – deyə, Sevinc Fətəliyeva bildirib.