YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir

«Ermənistan müstəqil dövlət deyil, o, forpostdur. Bu ölkə işğalçılıq siyasətindən əl çəkmək istəmir». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, erməni tərəfi təxribatçı hərəkətləri ilə münaqişənin həllindən yayınmağa çalışır. Onun sözlərinə görə, hazırda bu dövlət iqtisadi və hərbi böhran məngənəsində boğulur.

«Çox təəssüf ki, vasitəçilik misiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun  həmsədrləri əməli fəaliyyət göstərmir. Beynəlxalq müstəvidə Azərbaycana qarşı ikili standartlar davam edir. Ermənistanı dayandırmağın yalnız bir yolu var. Bu da Azərbaycan ordusunun onlara layiqli cavabı verəcəyi an olacaq. İşğalçı ölkə Azərbaycan ordusunun gücünü bilir və bundan qorxu hissi keçirir. Biz gec-tez torpaqlarımızı azad edəcəyik»- deyə, deputat qeyd edib.