YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəsmi Brüssel: Belçika Azərbaycan ilə əlaqələrin daha da dərinləşdirilməsinə hazırdır

Belçika Krallığının Xarici İşlər, Xarici Ticarət və İnkişafa Yardım Nazirliyi Azərbaycan ilə bu ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı açıqlama yayıb.

Açıqlamada Belçika Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didiye Reynders ölkəsi ilə Azərbaycan arasındakı əlaqələri yüksək qiymətləndirdiyini, qarşılıqlı münasibətlərin ötən illər ərzində daha da şaxələndirildiyini vurğulayır. O, həmçinin xalqlarımız arasındakı dostluq münasibətlərini alqışlayır və Azərbaycan xalqına tərəqqi arzulayır.

Bildirilir ki, Sovet İttifaqının süqutundan sonra Belçika ittifaq ölkələri ilə qarşılıqlı əlaqələr qurdu. İlk əlaqə qurulan ölkələrdən biri də Azərbaycandır. 1992-ci il fevralın 20-də Belçika ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradıldı. O zamandan bəri əlaqələrimiz yüksək səviyyəli siyasi görüşlərlə, qarşılıqlı səfərlərlə daha da genişlənməyə başladı.

Açıqlamada, həmçinin Azərbaycan ilə Belçika arasında iqtisadi əlaqələrdən bəhs edilir. Bildirilir ki, ölkələrimiz arasında uğurla inkişaf edən iqtisadi əlaqələr sayəsində son illər ərzində ticarət dövriyyəsi ildə 90 milyon avroya çatıb.

Sonda vurğulanır ki, Belçika diplomatik əlaqələrin 25 illik yubileyini yüksək dəyərləndirir və Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsinə hazırdır.