YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Hüseynov: Gənclərimiz Xocalı soyqırımının dünyaya çatdırılması üçün bütün potensialını ortaya qoymağa hazırdır

«Artıq 25 ildir ki, Azərbaycan dünya ictimaiyyətinə Xocalı soyqırımının tanınması üçün səslənir. Gənclərimiz də Xocalı soyqırımının dünyaya çatdırılması üçün bütün potensialını ortaya qoymağa hazırdır». Bu fikirləri Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov deyib.

S.Hüseynov bildirib ki, 25 il öncə baş vermiş bu faciə Azərbaycan xalqının, habelə müasir gəncliyimizin həyatında ağır xatirə kimi yadda qalıb. Onun sözlərinə görə, bu soyqırımı törədən cinayətkarlar cəzalarını almalıdır.

«Xocalı soyqırımı insanlıq əleyhinə törədilmiş ən qəddar əməllərdən biridir. Azərbaycan gəncləri və gənclər təşkilatları dünyanın müxtəlif ölkələrində yaşayan, xarici ölkələrin dövlət qurumlarında, parlamentlərdə, ictimai təşkilatlarda, beynəlxalq qurumlarda, kütləvi informasiya vasitələrində çalışan və fəaliyyət göstərən həmyaşıdlarımıza və həmkarlarımıza, ədalətin pozulmasına qarşı çıxanlara müraciət edərək etiraz səsimizə səs verməyə çağırır. Hesab edirik ki, bizim səsimiz o fevral gecəsi səslənən səslərə qoşulacaq, hələ də girovluqda olan, lakin fiziki varlığı hər vəchlə gizlədilən ən azı bir kəsin bəlkə də azad olaraq insan kimi yaşamasına təkan verəcəkdir»- deyə, S.Hüseynov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv