YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oktay Səmədov: Hazırda da ölkəmizdə tolerantlıq mühitinin güclənməsi istiqamətində ciddi addımlar atılır

«Ölkəmizin milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib». Bu fikri Azərbaycan Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib.

O.Səmədov bildirib ki, multikulturalizm dünya miqyasında zaman keçdikcə aktuallıq qazanıb. Onun sözlərinə görə,  bu amil Azərbaycanda həm dövlət siyasəti, həm də həyat tərzidir.

«Xalqımız əsrlərdir müxtəlif etnik qrupların nümayəndələri ilə qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayır. Hazırda da ölkəmizdə tolerantlıq mühitinin güclənməsi istiqamətində ciddi addımlar atılır»- deyə, O.Səmədov qeyd edib.